Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2016

Saatlıda əhali aksiya təyin etdi

Rayon camaatı bahalığa etiraz olaraq yanvarın 15-də İcra Hakimiyyətinin binasının qarşısına toplaşmağı qərarlaşdırıb

Xəbər verildiyi kimi, dünən Ucarda xeyli sayda insan mərkəzi bazarın yaxınlığında qiymətlərin bahalaşmasına etiraz aksiyası keçirib. Conflict.az-ın yaydığı məlumata görə, xəbərdarlıqsız, ani olaraq başlayan aksiyanın dağıdılması əvvəlcə mümkün olmayıb.

Məlumatı verən mənbənin bildirdiyinə görə, əhali bahalığa etiraz əlaməti olaraq kütləvi şəkildə rayon mərkəzi bazarına girməyə şalışsa da, polis izdihamın hərəkətinə mane ola bilib.

Qeyd edək ki, manatın ikinci devalivasiyasından sonra yaranmış vəziyyət daha çox əyalət insanlarını çətin duruma salıb. Artıq Ucarda deyil, digər rayonlarda da durumun gərgin olduğuna dair məlumatlar gəlməkdədir.

Saatlı rayonunda da vəziyyət həddindən artıq ağırdır. Belə ki, ötən həftənin üçüncü günü 50-dən çox qadın bahalaşma ilə əlaqədar rayon İcra Hakimiyyətinin binasına gələrək, icra başçısı Siraqəddin Cabbarovla görüşüb. Görüşdə aclarından öldüklərini, onlara yardım edilməsini dilə gətirən qadınları qısa müddətdə otaqdan qovublar. Deyilənlərə görə, icra başçısı həmin şəxslərə bildirib ki, o və rəhbəri olduğu İcra Hakimiyyəti xeyriyyəçiliklə məşğul olmur və kimsəyə də yardım edilməyəcək.

Ehtiyac içində boğulan insanlar növbəti dəfə, ötən həftənin cümə günü yenidən İcra Hakimiyyətinə gələrək, icra başçısı ilə görüşmək istəyiblər. Lakin bu dəfə onları nə qəbul edən olub, nə də sayan. Binanın önündə toplaşanları dağıdan zaman isə bir qadının ürəyi gedib. Onu İcra Hakimiyyətinin işçiləri təcili binadan uzaqlaşdırıb, yolun kənarına atıblar. Daha sonra isə bir neçə mülki geyimli şəxs səkinin kənarında huşsuz vəziyyətdə uzanmış qadını sürüyərək, oradan da naməlum istiqamətə aparıblar.

Məlumatda deyilir ki, vəziyyəti belə görən insanlar Heydər Əliyev Parkının içindəki heykəlin ətrafına yığışaraq, etirazlarını bildirdikdən sonra dağılışıblar. Lakin günün sonuna yaxın xəbər gəlib ki, artıq bütün sahibkarlar da daxil olmaqla, Saatlı əhli etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Rayondan verilən məlumata görə, narazı insanlar yanvarın 15-də Saatlı İcra Hakimiyyətinin qarşısına toplaşaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün tədbirlərin görülməsini tələb edəcəklər./jam/
985 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:00
Hərbi təyyarə qəza