Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2016

Nardaranda vurulan Abbas Hüseyn sağdır - Qardaşı

Abbas Hüseynun Moskvadan yaşayan qardaşının saytımıza verdiyi xəbərə əsasən Abbas Hüseyn ölməyib. O bakının hansısa xəstəxanasında müalicə olunub. Müalicə olunduğu zaman zalım rejimin məmurları tərəfindən işgəncələrə məruz qalıb.

***

Abbas Hüseynin anası: Oğlumdan xəbər ala bilmirik.

Nardaranda keçirilən əməliyyat zamanı öldüyü bildirilən, lakin bu günədək nə həbsi, nə də ölümü barədə rəsmi məlumat verilməyən Abbas Hüseynin anası Rəhimə Hüseynova Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə deyilir:

“Cənab Baş prokuror! Oğlum Abbas Məmmədbağır oğlu Hüseynov Nardaran hadisələri ilə bağlı 26 noyabr 2015-ci ildə həbs edilib. O vaxtdan oğlumdan xəbər ala bilmirik. Dəfələrlə bandotdelə getmişəm, deyirlər, burda yoxdur, Kürdəxanı türməsinə gedirəm, orada yoxdur. Məndən heç bir pal-paltar, sovqat qəbul olunmur.

İki gün öncə bizə məlumat verdilər ki, Banditizm idarəsində (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutuluq – red) oğluma o qədər işgəncə veriblər ki, az qalıb ölsün. Cənab Qaralov, sizində övladlarınız var. Oğluma işgəncə verənlərin də övladları var. Mən Allahıma sığınıram, oğluma və o biri uşaqlara nahaqdan terror damğasını vuranları uca tanrıya tapşırıram.

Allahın ədalətinə inanıram. Bu məmləkətdə ədalət axtarmağa gümanım qalmayıb. Mən övladımı istəyirəm. Məni övladımla görüşdürün, mənə zəng eləsin, səsini eşidim. Bunu tələb edirəm”.
2178 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber