Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2016

Naxçıvan "XANI"nın həyat yoldaşının səhhəti pisləşdi: Türkiyəyə təyyarə ilə aparıldı

Naxçıvan Muxtar Respublikasının "XANI" Vasif Talibovun həyat yoldaşı Sevil Talibovanın səhhəti qəflətən pisləşib.

Həkimlər "donuz qripi" diaqnozu ilə xəstəxanaya yerləşdirilən Sevil Talıbovanın vəziyyətinin pisləşdiyini gördükdən sonra xəstəni Türkiyəyə aparmaq qərarına gəliblər.

"XAN" Ankara ilə əlaqə quraraq Türkiyənin Səhiyyə Nazirliyindən kömək istəyib.

Ağ ciyərində problem olduğu müəyyən olunan S. Talibova Türkiyənin Səhiyyə Nazirliyinin xüsusi ambulans təyyarəsi ilə Ankaraya aparılıb.

S. Talıbova paytaxt Ankarada yerləşən Ankara universitetinin İbn Sina xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, S. Talıbova xaricdən ambulans təyyarə ilə Türkiyəyə aparılan ilk xəstə kimi tarixə düşüb.
1631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:36