Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

İnsanlar bahalaşmaya eiraz mitinqinə niyə getmir?

İnsanlar bahalaşmaya eiraz mitinqinə niyə getmir? – Həmid Herisçi cavablandırır

Azərbaycanda son bahalaşma hər kəsin istehlak zənbilinə öz təsirini etməkdədir. Bu artıq bütün sahələri əhatə edir. İnsanlar onsuz da çətin olan güzəranının daha da pisləşməsini anbaan hiss edir. Dəyərlər TV-nin şəhərdə apardığı sorğular da göstərdi ki, insanlar qiymət artımından qəti narazıdır. Amma qəribə məsələ bundan ibarətdir ki, ölkə əhalisi bu bahalaşma üçün təşkil olunan mitinqdə iştirak etmək istəmir. Əhalini öz sosial rifahının pisləşməsi ilə bağlı belə mtinqlərə cəlb etmək müşkülə çevrilib.
Bununla bağlı “deyerler.org”a fikirlərini bölüşən yazıçı Həmid Hersçi bildirib ki, o özü də mitinqə getməyib: “Bahalaşma Azərbaycanda bərpa olan kapitalizmin tərkib hissədir. Bu tendensiya davam edəcək. Xalqın gələcəkdə bütün mülkiyyəti əlindən çıxacaq. Kəndlərdəki sadə xalqın əlindəki torpaqlar satın alınacaq. Yəni, sadaladığım bu proseslər kapitalizm cəmiyyətinin xüsusiyyətidir.
Dünyanı idarə edən beynəlxalq şirkətlər dünyadakı hər bir suverenliyin əleyhinədirlər. Azərbaycan yerli idarəetmə ilə beynəlxalq idarəetmənin maraqları arasındadır. Beynəlxalq şirkətlər oliqarxlar vasitəilə öz işlərini görürlər. Beynəlxalq brendlər yerli bütün istehsalı sıradan çıxaracaq. Qiymtlər indiki ilə müqayisədə çox artacaq. Onsuz da Bakı ən bahalı şəhərlərdən hesab olunur. Bu proses artan temp ilə davam edəcək.
Millət isə heç nəyə etiraz etmək qüdrətində deyil . Çünki onun “döyüşkən partiyası” yoxdur. Yəni, millətın qarşısında “döyüşkən partiya” olmalıdır.
Onu da qeyd edim ki, bu mitinqlər oliqarxlar tərəfindən təşkil olunur. Orada baxıb görsünlər ki, kimlər daha çox fəallıq edir. Onları da tutsunlar və sıradan çıxartsınlar”.
1971 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19