Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2016

Keçmiş müstəntiq prokurorun işdən çıxarılmasına üsyan etdi

“Bu qərarın faktiki tərəfi budur: digər prokurorluq əməkdaşlarına görk olsun ki, azad iradə ortaya qoysanız, oxşar vəziyyət sizi də gözləyir”

Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən bir müddət əvvəl istefa vermiş Rüfət Səfərov keçmiş rəhbəri, rayon prokuroru Süleyman Süleymanovun işdən çıxarılmasına münasibət bildirib. O, feysbuk səhifəsində paylaşdığı yazıda Baş Prokurorluğun bu qərarını qınayıb və S.Süleymanovun səlində nəyə görə cəzalandırıldığına aydınlıq gətirib. Onun yazdığını təqdim edirik:

Aldığım məlumata görə, Zərdab rayon prokuroru, baş ədliyyə müşaviri cənab Süleyman Süleymanov tutduğu vəzifədən azad olunmuş, rayon prokurorluğunun köməkçisi, II dərəcəli hüquqşünas cənab Seyid-Əzim Ağayevə töhmət elan edilmişdir. Bu məsələnin formal və faktiki tərəfləri vardır və çalışacağam ki, aydın surətdə izah edim.


Əvvəla, artıq ictimaiyyətə məlumdur ki, 19 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasında geniş vüsət almış qanunsuzluq və ədalətsizliyə etiraz əlaməti olaraq tutduğum vəzifədən istefa vermiş, bunun səbəblərini təfərrüatı ilə cəmiyyətə bildirmişəm. Həmin vaxt könüllü istefa ərizəm bir kənara qoyulmuş, prokurorluq əməkdaşının xidməti fəaliyyəti ilə bir araya sığmayan tərzə yol verdiyimə görə nümayişkəranə surətdə prokurorluq orqanlarından xaric olundum. Paralel olaraq, hüquqlarım kobud surətdə pozuldu, hec bir formal-hüquqi sənəd təqdim edilmədən əşyam götürüldü, telefonlarıma baxış keçirildi, kirayənişini olduğum mənzildə axtarış aparıdı. O zaman qərara gəldim ki, faydasız işlə məşğul olub, barəmdə edilən kobud qanunsuzluqları hüquqi müstəvidə mübahisələndirməyim. Beləliklə, rayon prokurorluğunun fəaliyyəti Baş Prokurorluqdan göndərilmiş komissiya tərəfindən kompleks olaraq yoxlanıldı, rayon dəftərxanasının arxivində saxlanılan ayrı-ayrı materiallar öyrənilməsi üçün Baş Prokurorluğa aparıldı.

Bu gün nə baş verdi? Təxminən bir ay sonra rayon prokuroru tutduğu vəzifədən azad olundu, köməkçisinə isə töhmət verildi. Bu qərarın faktiki tərəfi budur: digər prokurorluq əməkdaşlarına görk olsun ki, azad iradə ortaya qoysanız, oxşar vəziyyət sizi də gözləyir. Formal cəhətdən isə guya rayon prokurorluğunun xidməti fəaliyyətində ciddi pozuntular baş vermiş, icra intizamı qənaətbəxş səviyyədə olmamışdır. Sual olunur, bəs prokurorluqda indiyəcən baş vermiş “nöqsan”lar nədən yada düşməmiş, müstəntiq vəzifəsindən istefa verəndən sonra burada qayda-qanun barədə düşünülmüşdür?

Anlamaq çətindir ki, prokuror ibtidai araşdırmaya prosessual rəhbərlik edəndir, yoxsa telepat? Bu şəxs haradan bilməli idi ki, müstəntiqi “yolunu azmışdır”? Hərçənd bilsə idi belə, bu, onun məsuliyyət daşımasına səbəb ola bilərdimi? Addım atmışam, bunun da mənəvi və hüquqi məsuliyyətini özüm daşıyıram. Kimsə kiminsə hərəkətinə görə niyə cəzalandırmalıdır? Bu suallar olduqca adidir, cavab verən tapılsa!

Bildiyiniz kimi, “Hüququn qətli” adlı bir yazı üzərində işləyirəm, nəsibim olarsa, yaxın günlərdə tirajlamaq fikrindəyəm. 3-4 gün öncə köhnə “dost”lardan biri məni arayaraq “nə yazırsan, yaz, heç olmasa, adını dəyiş” deyə bir tövsiyədə bulundu. İndi mən buradan o adama və onu mənim üstumə göndərənlərə sual edirəm, könüllü surətdə işindən ayrılan müstəntiqə görə onun rəhbərlərini cəzalandırmağın adı hüququn qətli deyilsə, bəs nədir?! Şəxsimə görə barələrində qəbul edilən ən kəskin qərarı şiddətlə qınayıram! Zərdab rayon prokurorluğu ilə əlaqədar Baş Prokurorluğun məlum qərarı, ümumuiyyətlə, ölkədə hökm sürən acınacaqlı vəziyyətin hansı səviyyədə olduğuna aşkar sübutdur!/azadlıq/
918 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı