Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2016

Venesuelada şok: Ordu parlamentə xəbərdarlıq etdi

Ordu tam şəkildə Venesuela hökumətinin mövqeyini müdafiə edəcək.

Bunu jurnalistlərə açıqlamasında Venesuela Müdafiə naziri general Vladimir Padrino Lopes söyləyib. Onun sözlərinə görə, Venesuela ordusu istənilən vaxt Prezident Nikolas Maduroya sədaqətini nümayiş etdirməyə hazırdır.

Bəzi ekspertlər isə generalın bu addımının parlamentə xəbərdarlıq əhəmiyyəti daşıdığını və Maduronun devrilməsinə imkan verilməyəcəyinə işarə olduğunu bildirib.

Qeyd edək ki, bir müddət öncə Venesuela Parlamentinə keçirilən seçkilərdə qərbyönlü qüvvələr qalib gəlməyi bacarıb.
1066 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20