Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2016

Əli Kərimli İlham Əliyevin “qiymət” göstərişini səmərəsiz adlandırdı

“Əliyevin bu işə “Azərsun”dan başlaması daha düzgün olmazmı?”

AXCP sədri Əli Kərimli ölkə başçısı İlham Əliyevin yerli məhsulların bahalaşmasına imkan verməməklə bağlı dediklərinə reaksiya verib. AXCP lideri feysbuk səhifəsində yazıb ki, bununla bağlı prokurorluq orqanlarına verilən göstəriş əks nəticələr doğuracaq:

“Bu ölkədə ən böyük ərzaq istehsalçısı (hətta bəzi məhsullar üzrə inhisarçısı) “Azərsun” şirkəti deyil? İlham Əliyev yerli məhsulların qiymətinin qalxmasını istəmirsə, bu işə “Azərsun” dan başlaması daha düzgün olmazmı? Amma “Azərsun”un və oliqarxlara məxsus digər böyük ərzaq istehsalçılarının qiymət artımına yaşıl işıq yandırıb, kənd əhalisini, kiçik fermerləri, xırda sahibkarları prokurorluqla hədələmək ciddi deyil, həm də səmərəsizdir. Qiymətləri zənbillə, maşının yük yerində bazara mal gətirən kənd əhalisi, digər xırda sahibkarlar müəyyənləşdirmir. Qiyməti diktə edən böyük istehsalçılara və inhisarçılara isə hələ ki, bu ölkədə “gözün üstə qaşın var” deyən yoxdur. Deməli, təəssüf ki, qiymətlər artmaqda davam edəcək”.
924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber