Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2016

Göygöldə meşədə qətl: odun mübahisəsi qanla bitdi

Göygöl rayonunda qətl törədilib. Hadisə yanvarın 10-da saat 14:00 radələrində rayonun Şəhriyar kəndi yaxınlığında meşədə qeydə alınıb.

Rayonun Gəncə qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əliyev Rəşad Qəşəm oğlunun üzərində 5 bıçaq xəsarəti olan meyiti aşkar olunub. Göygöl Rayon Prokurorluğu və Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Göygöl rayon prokurorunun köməkçisi Vasif Süleymanov bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən Göygöl rayon Şəhriyar kənd sakini, 1995-ci il təvəllüdlü Sayfronov Şaxsaid Saynazaroviç Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Fakt üzrə Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Məlumata görə, hadisə meşədə odun yığan zaman yaranan mübahisə zəminində baş verib./apa/
1433 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP