Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2016

Azərbaycan Ruhanilər Məclisinin Nardaran Ağsaqqallar Şurasının sədrinin həbsi ilə bağlı bəyanatı

Azərbaycan Ruhanilər Məclisi (ARM) Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir:

"Bismillahir-rəhmanir-rəhim
Azərbaycan Ruhanilər Məclisi (ARM) son günlərdə Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimovun həbsə məhkum edilməsini pisləyir və atılan addımı inanclı insanın siyasi fəaliyyəti ilə bir başa əlaqəli hesab edir. Hacı Natiq Kərimov şəxsiyyəti bu ölkədə məchul sima deyildir. Biz onu ölkənin çiçəklənməsi istiqamətində dinc və sağlam mübarizə yolu seçmiş insan kimi tanıyırıq.
Azərbaycan Ruhanilər Məclisi (ARM) ölkədə mövcud olan neqativ halları dilə gətirən insanların əsassız ittihamlarla həbs edilməsini idarəetmənin uğurlu yolu hesab etmir, əksinə ictimai nəzarəti bitirən amil kimi qəbul edir. ARM ölkədə mövcud olan bu ağır durumda vətəndaşların istək və sıxıntılarını dilə gətirən insanların əzilməsini bir mənalı olaraq yol verilməz hesab edir.

Azərbaycan Ruhanilər Məclisi "
1088 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:03