Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2016

Suriyada terrorçular donmamaq üçün təslim olur

Son günlər Suriya-Livan sərhəddində temperaturun sıfır dərəcədən aşağı düşməsi İŞİD terrorçularının kütləvi şəkildə təslim olmasına səbəb olub.

Bundan başqa, terrorçular miqrantlara yaxınlaşmaq və onlarla birlikdə Avropaya qaçmaq niyyətindədir.

Məlumatlara görə, Livan dağ silsiləsində bir neçə gündür güclü qar yağır: "Terrorçular donmamaq üçün öz mövqelərini tərk etməyi və hökumət qüvvələrinə əsir düşməyi üstün tuturlar. Suriya əsgərlərindən ibarət patrul dəstələri tez-tez əhali arasında olur, vəziyyəti nəzarət altında saxlayırlar ki, terrorçular əhalinin arasına daxil olmasın. Əz-Zabadani, Serqai, Madaya və Bukeyn şəhərlərində nəzarət hökumət qüvvələrinin əlinə keçib. Buna baxmayaraq, bəzi İŞİD-çilər öz döyüşçülərinə silah vermək üçün buraya gəlməyə çalışır. Ancaq bunun qarşısı alınır".
1164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07