Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2016

Messi beşinci dəfə “Qızıl top”un sahibi oldu

2015-ci ilin ən yaxşı oyunçusuna “Qızıl top” təqdim olunub.

İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə ötən ilin ən yaxşı futbolçusu ən nüfuzlu fərdi mükafata sahib çıxıb.

Xatırladaq ki, ilin ən yaxşı futbolçusunu seçmək üçün səsvermədə bütün milli komandaların baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri iştirak edib.

FİFA-nın ali mükafatına 3 namizəd olub: 2009-2012-ci illərdə ardıcıl 4 dəfə “Qızıl top”u qazanan Lionel Messi (Barselona/Argentina), qənimətin əvvəlki sahibi Kristiano Ronaldo (Real/Portuqaliya) və Neymar (Barselona/Braziliya).

Bu il "Qızıl top" Messiyə verilib. Bu onun beçinci belə mükafatıdır. Qalibin adını ötənlərin daha bir məşhur futbolçusu Kaka açıqlayıb.

Bundan başqa, qala-gecədə ilin ən yaxşı məşqçisi, 2015-ci ilin ən yaxşı qolu, ən yaxşı qadın futbolçu nominasiyalarının qalibləri bilinib, həmçinin rəmzi yığma müəyyənləşib.
1142 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber