Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Rusiya Serbiyaya S-300 hədiyyə etdi

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Serbiyanın Baş naziri Aleksandr Vuçiçə S-300 zenit raketinin maketini hədiyyə edib.

Bu barədə Roqozin Feysbuk hesabında yazıb.

"Vuçiçə S-300-ün maketini hədiyyə etdim. Bu, yalnız hədiyyədir, faydalı bir şeydir", - Roqozin bildirib.

Roqozin Serbiyanın təhlükəsizliyini təmin etmək üçün bu ölkəni silahlandıracaqlarını qeyd edib.

Vuçiç isə öz növbəsində bildirib ki, Serbiya hərbi potensialının gücləndirilməsi üzərində işləyir:

"Serbiya heç vaxt heç kimə hücum etməyəcək. Biz istənilən vaxt öz ərazimizi və vətəndaşlarımızı qoruyacağıq"./axar/
884 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat