Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Bakıda 27 yaşlı oğlan bıçaqlandı

Bakıda tanışlar arasında mübahisə qanlı sonluqla bitib.

Hadisə bu gecə paytaxtın Nizami rayonu ərazisində, Məmmədəli Şərifli küçəsində qeydə alınıb.

Həmin küçədəki 82 saylı binanın 15-ci mənzilində yaşayan 27 yaşlı Rəşad Xanməmmədovu İlqar adlı tanışı aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb. Yaralı özü təcili tibbi yardıma zəng edib. Təcili tibbi yardım briqadası Rəşad Xanməmmədovu 3 saylı Şəhər Klinik xəstəxanasına çatdırıb. İlkin baxış zamanı onda döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası aşkarlanıb. Buna baxmayaraq, yaralı müalicədən imtina edib. Həkimlər Rəşad Xanməmmədovu xəstəxanadan saxlaya bilməyiblər və o, naməlum istiqamətdə gedib./apa/
866 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01