Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Bakıda alçanın fantastik qiyməti – 500 AZN

Bakı bazarlarında bəzi meyvələrin qiyməti fantastik dərəcədə qalxıb.

“Yaşıl bazar”da alçanın kiloqramı 500 manata, bir ədədi isə təxminən 8-9 manata satılır.

Satıcılardan bunun səbəbini soruşduqda isə müxtəlif bəhanələrlə sualdan yayınmaq istəyiblər. Bəzi satıcılar bunu ölkədə mövsüm uyğun olmadığı üçün alçanın xaricdən gətirilməyini əsas gətiriblər.

Sayt yazır ki, xaricdə alçanın bir kiloqramı 15-20 dollar arasında dəyişirsə Azərbaycana gətiriləndə bu qiymət maksimum 50 manatadək arta bilər. Yol xərci və digər xərclər alçanın qiymətinə bu məbləğdən artıq təsir edə bilməz.

Məsələ ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər ki, alça gündəlik istehlak səbətinə daxil olmadığı üçün onlarda bu barədə hələlik ətraflı məlumat yoxdur. baku.ws
967 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber