Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

İri ticarət və iaşə şəbəkələri sıradan çıxır

Sahibkarlar mağazaları və xidmət sahələrini bağlamaq məcburiyyətində qalıblar

Ölkədə maliyyə böhranı dərinləşdikcə iri ticarət və iaşə şəbəkələri də bir-birinin ardınca sıradan çıxır. Bir neçə gün əvvəl “Baku Elektroniks”in paytaxtda fəaliyyət göstərən 2 böyük mağazası bağlandı. Dünən isə ölkənin telekommunikasiya məhsullarının satış bazarında liderlik edən “Inteqral”ın Bakıda üç mağazası bağlanıb.

“Report” məlumat verir ki, maliyyə böhranı başlanandan şirkətin ticarət dövriyyəsi kəskin zəifləyib. Nəticədə, bu günlərdə “Integral”ın “Memar Əcəmi”, Nizami və Nəsimi rayonlarında yerləşən mağazaları fəaliyyətini dayandırmalı olub. Mağazaların işçiləri isə ixtisar olunublar.


Qeyd edək ki, şirkət mobil qurğular və rabitə xidmətlərinin topdan və pərakəndə satışını həyata keçirir. Fəaliyyətə başlayarkən şirkət Bakı, Gəncə, Sumqayıt şəhərləri və respublikanın təxminən 50 regionunu əhatə edib.

Bundan başqa “Maqnit” mağazalar şəbəkəsinin 5 mağazası bağlanıb. Məlumatlara görə, “Çudo Peçka”nın bir neçə mağazası fəaliyyətini dayandırıb.

“Azadlıq”a daxil olan digər məlumatda isə bildirilir ki, bəzi iri xidmət sahələri və ticarət mərkəzlərində isə ixtisarlara başlayıb. “Lakin ixtisarlarla vəziyyətdən çıxmaq mümkün olmayacaq. Ona görə də növbəti aylarda daha bir neçə iri xidmət sahələri və ticarət mərkəzləri fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq”./azadlıq/
962 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP