Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Azərbaycanda iki uşaq özünü asdı - Dəhşət

Bərdədə intihar hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Hacıalı kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Aytac Zamin qızı Surxaylı yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, A.Surxaylı orta məktəb şagirdi olub.

***

Daha bir dəhşətli intihar hadisəsi isə Beyləqanda baş verib.

Beyləqan Rayon Polis Şöbəsindən verilən məlumata görə, Füzuli rayon Şəkərli kənd sakini, hazırda Beyləqan ərazisində yaşayan 11 yaşlı Qara Ağayev evlərində özünü asıb. İntiharın səbəbləri məlum deyil./apa/
926 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...