Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Putindən Türkiyəyə TƏHQİR: “Alçaldıcıdır”

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Su-24 təyyarəsini vurduqdan sonra sərgilədiyi mövqeni qəribə adlandırıb.

“Bild” qəzetinə müsahibəsi zamanı Rusiya prezidenti Türkiyənin insidentdən sonra “özünü qorumaq üçün NATO-nun qərargahına qaçması”nı Ankarınn özü üçün də “alçaldıcı” hadisə adlandırıb.
“Türkiyə rəhbərliyi terrorçuları bombalayan hərbi təyyarəmizi vurmaqla törətdiyi hərbi cinayətə görə Rusiya ilə danışıq aparmaqdansa, NATO-nun mənzil qərargahına qaçaraq özünə müdafiə axtarması çox qəribə və məncə, Türkiyənin özü üçün də alçaldıcı görünür”.

Putin Türkiyənin NATO üzvü olmasının hazırkı gərginliklə heç bir əlaqəsi olmadığını deyib.

“Təkrar edirəm, NATO hücuma məruz qalan üzvlərini müdafiə etməlidir, amma Türkiyəyə heç kim hücum etməyib.

Türkiyənin hansısa, qonşu ölkələrdə marağı varsa, bu o deməkdir ki, NATO onun həmin maraqlarını müdafiə etməlidir? Bu o deməkdir ki, NATO üzvü Almaniya Türkiyəyə qonşu əraziləri istila etməyə yardımçı olmalıdır?”./modern/
1022 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...