Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Putin: "Əsədin aqibətini müzakirə etmək, hələ çox tezdir"

Rusiya prezidenti Suriya liderini öz ölkəsində yerləşdirə biləcəklərini bəyan edib.

Rusiya prezidenti Vladimir Putinin Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibənin ikinci hissəsi nəşr olunub.

Müsahibəsində Putin bir çox məsələlərlə bağlı fikirlərini bölüşüb. Maraq doğuran məqamlardan biri də Rusiyanın dövlət başçısının Suriyanın faktiki rəhbəri Bəşər Əsəd və onun taleyi haqqında dedikləri olub.

Neçə ildir ki, davam edən “Əsəd getməlidirmi”? polemikasına Rusiya liderinin münasibəti belə olub:

“Məncə, Bəşər Əsədin aqibətini müzakirə etmək üçün hələ çox tezdir. Amma bir gün Suriya lideri öz ölkəsini tərk etmək qərarına gələrsə, Rusiyada asanlıqlı siyasi sığınacaq ala bilər. Əsədin bizə gəlməsi FTB agenti Edvard Snoudenin gəlib sığınacaq almasından daha asandır. Amma bayaq dediyim kimi, bu məsələnin vaxtı hələ gəlməyib”.
911 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP