Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Vəkil İlham Əliyevin qatıldığı yas mərasimindən çıxarıldı

Bu haqda Aslan İsmayılov özünün Facebook səhifəsində məlumat yayıb:

“1989-cu il Azərbaycana gəldiyim ilk günlərdən tanıdığım, rəhmətlik Aşıq Xanlarla çoxlu xoş günlər keçirdiyim, hər hücuma məruz qalanda müdafiəsinə qalxdığım və buna görə də dəfələrlə təhqir olunduğum, ən çətin məqamlarda mənimlə görüşüb problemlərini bölüşən, xalq yaradıcılığının insanlara çatdırılmasında əvəzsiz rolu olan, təpədən dırnağa Azərbaycanlı, dostum Zəlimxan Yaqubu son mənzilə yola salmaq üçün dünən Təzə Pir məscidinə getdim. Yaxınlaşdıqda məscidə girişin qadağan olunduğunu bildirdilər.

Dostlara zəng edib maraqlandıqda Prezidentin mühafizə xidmətindən yaxınlaşıb keçməyimə icazə verdilər. Məscidə girişdə və ikinci mərtəbədə eyni qaydada salamlaşıb keçməyimə şərait yaratdılar. Düzü mərasim zalına keçəndə oradakı mənzərə məni təəccübləndirdi, çünki heç vaxt orada elə düzən olmamışdı. Anladım ki, Prezident gələcək. Dostlarla salamlaşıb əyləşdim. Bir neçə dəqiqədən sonra mənə yaxınlaşıb bayıra çıxmağımı istədilər. Nəyin baş verdiyini tam olmasa da anladığımdan sakitcə otaqdan çıxdım. İçimdə həmin an hansı hisslərin cərəyan etdiyini bir Allah bilir. Foyedə polis generalları, Prezidentin mühafizə xidmətinin əməkdaşları və Hacıbala Abutalıbovu gördüm. Elə oradaca çıxarılmağıma göstərişinin Hacıbala tərəfindən verildiyini dedilər.

Sakit hamını baxışlarımla süzüb “bu tərbiyəsizliyə, əxlaqsızlığa da əl atdınız” deyib çıxdım. Bu günə qədər mənə qarşı çox qanunsuzluqlar, zorakılıqlar, təhdidlər olmuşdu, ancaq heç vaxt belə sarsılmamışdım. Bu tək, şəxsiyyəti hamıya bəlli olan, Hacıbala Abutalıbovun yox, bu günkü Azərbaycan iqtidarının davranışı idi. Özü də tək mənim şəxsimə yox, bütövlükdə Azərbaycan xalqının mənəvi, əxlaqi dəyərlərinə göstərilən münasibət idi. Bunlarda azacıq da olsa bu xalqın dəyərinə hörməti olsa bilərdilər ki, düşməni belə yas mərasimindən çıxarmırlar. Bu addım mənim üçün hələ də tam anlamadığım, ancaq içimdə hansısa həlledici tellərin qırılması idi. Allah rəhmət eləsin, Şair!”
1012 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25