Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Cəlilabadda sosial yardımı seyidlər müəyyən edir

Bu gün keçid dövrünün çətinliklərinə görə, hökumətimiz aztəminatlı ailələrə müavinətlər, ünvanlı sosial yardımlar müəyyən edir.
Və bunun üçün dövlətin büdcəsindən milyonlarla vəsait ayrılır.
Ancaq ayrılan vəsaitin çox az qismi aztəminatlı ailələrə çatır.
Beləki dövlət qurumları aztəminatlı ailələr üçün elə “baryer”lər yaradır ki...yazıq vətəndaş dövlətin ayırdığı vəsaitin ən az 50 faizini, yəni 6 ayını məmurlarla bölüşür. Beləliklə dövlətin vətəndaşa qayğısının yarısı məmurların cibinə axır. Bu heç kəsə sirr deyil. Bunu dəfələrlə cənab nazirin özü də qeyd edib.
Ancaq bütün bunlara baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon mərkəzi sosial yardım almaq istəyən vətəndaşları süründürür, müxtəlif bəhanələr gətirərək aylarla gözlədir, axır ki, şərtlərə razı salırlar.
ƏƏSMN-nin Cəlilabad mərkəzinə Azər Mirzəxanlı müdir təyin olunan gündən nəinki aztəminatlı vətəndaşların, hətta əlil insanların da vəziyyəti dözülməz olub.
İş o həddə çatb ki, Azər Mirzəxanlı vətəndaşları inandırmaq üçün hansısa seyidin cəddinə and içir. Mirzəxanlı deyir ki, filan seyiddin cəddi mənə qənim olsun ki, yığılan pulların çoxu cənab nazir Səlim Müslümova çatır.
Qoy məsələ ilə bağlı cənab nazir öz fikrini bildirsin./NUH/
1070 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı