Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2016

Füzulilər icra başçısının və polis rəisinin rayondan çıxmasını tələb edirlər FOTO

Füzuli rayonu, Böyük Bəhmənli kənd sakinləri bu gün axşam saatlarında yenidən aksiyaya başlayıb. Bahalaşma əleyhinə təşkil olunan aksiyanın hazırda da davam etdiyi bildirilir.

Bu gün səhər saatlarında aksiya keçirilən kəndə gələn Füzulinin icra başçısı Alı Alıyev, sakinlərə problemlərin həll ediləcəyi ilə bağlı söz verib. Amma icra başçısı kənddən çıxandan sonar kəndə polis göndərib və iki kənd sakini (adları Nəbi və Hikmət) polislər tərəfindən saxlanılıblar. Bundan qəzəblənən kənd cammatı bu gün saat 19 radələrində Bakı-Horadiz yolunu kəsib, tutulan iki nəfər buraxılsını tələb edib.

Hazırda icra başçısı Alı Alıyev və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ora gəlsə də, cammat dagılışmır, tutulanların buraxılmasını tələb edirlər. Son məlumatlara görə, gərginlik artıb, sakinlər rayon polis rəisi Xəqaninin və onun müavini Seymurun avtomobilini aşırdıblar. Gərginlik artdığını görən rayon rəhbərliyi saxlanılan şəxsləri buraxıb. Lakin camaat dağılımır, icra başçısının və polis rəisinin rayondan çıxmasını tələb edirlər. Hazırda hadisə yerinə Füzuli və Beyləqan rayon polis şöbələrinin əməkdaşları cəlb edilir.

1008 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber