Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2016

Kim Çen Indan təhlükəli çağırış

Şimali Koreyanın lideri Kim Çen In ölkənin nüvə potensialını genişləndirməyə və gücləndirməyə çağırıb. Bu barədə “RİA Novosti” xəbər verir.

“Kim Çen In istənilən an və istənilən yerdə KXDR-in suverenliyinə təhlükə yarandıqda ABŞ-ın rəhbərlik etdiyi imperialistlərə nüvə zərbəsi endirmək imkanına malik olan nüvə qüvvələrini gücləndirməyə çağırıb”, deyə Kim Çen In bildirib.

Şimali Koreya lideri çıxışı zamanı gələcəkdə daha güclü hidrogen bombasını sınaqdan keçirməyə çağırıb.

Qeyd edək ki, KXDR yanvarın 6-da hidrogen bombasını uğurla sınaqdan keçirdiyini elan edib. Buna cavab olaraq ABŞ Cənubi Koreyaya strateji silahlarını tədarük başlayıb. Pxenyan isə ərazisinə təhlükə yarandıqda nüvə silahından istifadə edəcəyini bildirib./apa/
1042 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber