Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2016

İran ABŞ-ın iki hərbi gəmisini saxladı

İran ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus iki gəmi saxlayıb. “TASS”ın verdiyi xəbərə görə, bu barədə Amerikanın “Assoşieyted Press” məlumat yayıb.

Məlumata görə, gəmilərin heyətləri ilə əlaqə kəsilib. “Biz İranla təmas yaratdıq və onlar heyət üzvlərinin və gəmilərin tezliklə sərbəst buraxılacaqlarını vəd etdilər”, deyə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.

ABŞ dövlət katibi Con Kerri insidentin tezliklə həll olunması üçün İran XİN rəhbəri Məhəmməd Cavad Zəriflə telefon əlaqəsi yaradıb. Məlumata görə, Amerika tərəfi gəmi heyətlərinin dərhal sərbəst buraxılmasına nail olmağa çalışır.
1089 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 21:37