Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2016

Müxalifət mitinq qərarı verə bilər

Milli Şura bu gün toplantı keçirir, Müsavat Partiyası isə sosial şəbəkələr vasitəsi ilə aktivliyi müəyyənləşdirməyə çalışır

Bu gün Milli Şuranın növbəti yığıncağının keçiriləcəyi gözlənilir. Müxalifətin əsas birliyi artıq gündəlikdə duran məsələləri də dəqiqləşdirib. Əsas mövzu son dövrlər ölkədə baş verənlərdən ibarət olacaq.

Məlumatlarda vurğulanır ki, Milli Şura, həmçinin bu gün bahalaşma əleyhinə mitinqin keçirilməsi ilə də bağlı dinləmələr təşkil edəcək. Müxalifət düşərgəsi mitinqlə bağlı elə bu gün qərarını açıqlaya bilər.

Müxalifətin bir digər güclü mərkəzi olan Müsavat Partiyası isə əhalinin mitinqlərə hazır olub olmadığı məsələsini araşdırır. Bu barədə yayılan xəbərlərdə vurğulanır ki, partiya fəallarının sosial şəbəkələr vasitəsi ilə müəyyən etməyə çalışdığı vəziyyətlə bağlı hələlik yekun rəy verilməyib. Partiyadan gələn bilgilərə görə, yaxın günlər içində bütün rəylər ümumiləşdirilib, konkret qərar veriləcək./jam/
1240 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber