Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2016

Naxçıvanda 3 generala qarşı həbs dalğası - kimlər saxlandı?

Naxçıvan Muxtar Respublikasında yüksək rütbəli məmurların, generalların ən yaxın adamlarından ibarət mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi 3 gün əvvəl MR-in keçmiş Milli Təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovun qardaşı Əli Ələsgərov, MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovun qardaşı Yusif Babayev (Hansısa səbəbdən bu qardaşların rəsmi soyadları fərqlidir-red) və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş ərzaq xidməti rəisi, təqaüdə çıxdıqdan sonra da Naxçıvan Ordusunun ərzaq təminatını həyata keçirən Fəxrəddin Quliyevi saxlayıb. Əməliyyata şəxsən Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov başçılıq edib. Sonuncu şəxs Eldar Mahmudovun həmkəndlisi və yaxın dostu, eyni zamanda Əlahiddə Ordunun komandanı, general-leytenant Kərəm Mustafayevin ən inanılmış adamlarından biridir.

Mənbə bildirib ki, Gömrük Komitəsinin sədri Asəf Məmmədov MR Ali Məclisinin "XAN"ı ilə danışmağa cəhd etsədə, hazırda həyat yoldaşının xəstəliyi ilə əlaqədar Türkiyədə olan Vasif Talıbov onun zənginə cavab verməyib. Bundan sonra A.Məmmədov qardaşına cinayət işinin açılmaması, cinayətin ört-basdır olunması üçün DİN-lə anlaşmağa cəhdlər edib./criminal/
933 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:46