Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2016

Siyəzəndə etirazlar davam edir FOTO VİDEO

Siyəzəndə dekabrın 12-də bahalaşma əleyhinə başlayan etirazlar, bu gün də davam edir. Çox sayda həbs olunanlar var. İnsanlar gecəni də İcra Hakimiyyetinin qarşısında keçirib.

Hal-hazırda Siyəzəndə polislər aksiya iştirakçılarını dağıtmaq üçün rezin güllələrdən istifadə edirlər. Xüsusi təyinatlılar və Daxili doşunlar Siyəzənə yeridilir. Çox sayda PPX və ÇPA-da şəhərin mərkəzinə gətirilib. Aksiya iştirakçıları və polislər arasında mübahisələr davam edir.

Siyəzən şəhər sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, polis qüvvələri hazırda Qalaaltı adlanan əraziyə gedilən yolda əhaliyə hücum edib. Saxlanılanlar var. 

Məktəblilər evə buraxılmır. 6 saylı məktəbin ərazisinə də qaz bombasının atıldığı, uşaqlar arasında zəhərlənənlərin olduğu da deyilir.

Gələn məlumatlar arasında o da bildirilir ki, Şabran əhalisinin aksiyaya dəstək verməməsi üçün yollar bağlanıb

1214 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41