Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2016

Eldar Sabiroğludan “Yeni Müsavat”a sərt cavab

“Bu qəzet-saytın Ramiz Mehdiyevin ruporu olduğu ortadadır”

“Yeni Musavat” qəzetində məşhir YAP-çı, keçmiş deputat və Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlu əleyhinə köşə yazısı dərc olunub. E.Sabiroğlu barəsində yazılanlara cavab hazırlayıb. E.Sabiroğlunun bildirdiyinə görə, cavabını “Yeni Musavat”da dərc etdirmək üçün qəzetə müraciət edib, lakin müsbət cavab ala bilməyib. Ona görə də açıqlamasını “Azadlıq” qəzetinə göndərir. E.Sabiroğlunun cavabını təqdim edirik.

“Siyasətdə axıradək düşmənçilik olmur və bunun da tərəfdarı deyiləm. Bu mənada “Yeni Musavat”la iqtidar arasında şahidi olduğumuz yaxınlaşmanı müsbət proses kimi dəyərləndirirəm. Qarşılıqlı olaraq bu cür etimadlı münasibətin formalaşması yaxın 20 ilin çox maraqlı və lazımlı töhfəsi kimi hər şeydən əvvəl cəmiyyətimiz üçün gərəkli bir haldır. Bu, yeni təcrübədir. Arzu edək ki, sonu dilxorçuluqla bitməsin. Əgər belə davam edərsə, gələcəkdə yəqin ki, bu siyasi anlaşmanın daha faydalı cəhətlərini görə biləcəyik.

Ancaq bir tənqidi qeydim vardır. Prosesin ayrı-ayrı fərdlərin müdafiəsi üzərində qurulması, inkişaf etdirilməsi və bunun çox çılpaq şəkildə aparılması xeyirli anlaşmaya zərər gətirdiyi kimi, təbliğat vasitəsi olaraq “Yeni Müsavat”ın nəzərdə tutduğu məqsədlərə də kölgə salır. Mən nə məsləhət verir, nə də dərs keçirəm, sadəcə, öz fikrimi deyirəm. Elşad Paşasoyun qələmə aldığı “Eldar Sabiroğlunun vətənpərvərliyi” adlı köşə yazısında bu qüsuru aydın görmək olur. Qəzet-saytın Ramiz Mehdiyevin ruporu olduğu ortadadır. Əvvəllərdən mənimlə düz gətirməyən “Yeni Müsavat” R.Mehdiyevi açıq tənqid etdiyimə görə indi lap sərtləşib. Mehdiyevi müdafiə edən Paşasoy qeyd edir ki, son zamanlar guya mənim hər misramdan hakimiyyətə qarşı qan damır. Bunu onunla təsdiqləyir ki, hakimiyyətin önəmli şəxsinin əleyhinə kəskin yazılarla çıxış edirəm. Mənim keçmişimi qurdalayan köşə yazarı unutmasın ki, çalışdığı qəzetin arxivinə əl atsa, indi müdafiə etdiyi hakimiyyətin, daha doğrusu, birinci şəxsin əleyhinə ən kəskin söyüşlərin, ağlasığmaz təhqirlərin həm özü, həm də qələm yoldaşları tərəfindən yazıldığının şahidi olar. Odur ki, bir əvvəlki, bir də indiki yerinizə nəzər salın, dönüb də mənim yerimə baxın: harda idimsə, ordayam. Satqınçılıq mənim kitabımda yoxdur.

Cavab haqqımı tanıyaraq bu münasibətimi “Yeni Müsavat”da yayınlamaq barədə təşəbbüs göstərsəm də, oradan səs gəlmədi. Məcbur qalıb “Azadlıq” qəzetinə göndərməli oldum”.
963 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44