Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2016

Türkiyədə polis bölməsinə silahlı hücum: 5 ölü, 36 yaralı

Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

BBC-nin verdiyi məlumata görə,PKK polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar.

Bildirilir ki, PKK eyni anda üç müxtəlif yerə - polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

Qeyd edək ki, zərərçəkənlərin sayı ilə bağlı rəsmi məlumat hələ ki, verilməyib.
932 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi