Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Kişi deputatların söyüşləri qadın millət vəkillərini bezdirdi

Türkiyə Böyük Millət Məclisində (TBMM) kişi millət vəkillərinin çıxışları zamanı vaxtaşırı söyüş söyməsi və küçə jarqonundan istifadə etməsi qadın millət vəkillərini bezdirib. Türkiyə mətbuatının xəbnərinə görə, bu halın qarşısını almaq istəyən qadın deputatlar qəribə bir aksiya keçiriblər.

Məlumata görə, başda ailə və sosial siyasət naziri Fatma Şahin olmaqla bütün qadın millət vəkilləri boyunlarına qırmızı şarf taxıblar.

Bundan başqa qadın millət vəkilləri kişilərin bu cür rəftarlarına yazılı açıqlama ilə etirazlarını bilduiriblər.

"Biz 24-cü çağırış qadın millət vəkilləri hər birimiz müxtəlif partiyaların üzvü olsaq da bu gün ortaq bir nöqtədə birləşdik. Hər birimiz istər fərdi, istər partiyalarımızın prinsipləri istiqamətində zorakılığı, xüsusilə qadına qarşı zorakılığı pislədiyimizi müxtəlif üsullarla dilə gətirdik. Bu dəfə TBMM daxilində və iclas zalında siyasət adına görülən qeyri-etik hərəkəti və hər cür söyüşü qəbul etmirik və çox çirkin olduğunu ifadə edirik. Bir qadın və millətin nvəkilləri kimi xahiş edirik: zorakılığa getməyin, söyüş söyməyin, söyüşlərinizdə qadınları hallandırmayın"./ans/
1578 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber