Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Ölkədə dərmandan zəhərlənmə faktı çoxalıb

Sumqayıt şəhər və Mehdiabad qəsəbə sakinləri Mərziyə Əfəndiyeva və Mətanət Babayeva dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Xəstələr ağır vəziyyətdə xəstəxanaya çatdırılsalar da həkimlərin müdaxiləsi ilə həyatlarını xilas etmək mümkün olub.

Ümumiyyətlə ilin əvvəlindən bu günə kimi 1 Saylı Şəhər Klinik Xəstəxanasının Taksikalogiya şöbəsinə dərmandan zəhərlənmə faktı ilə bağlı 120 müraciət daxil olub ki, onlardan 30-u azyaşlılardır. 1 Saylı Şəhər Klinik Xəstəxanasının Taksikalogiya şöbəsinin müdiri Azər Maqsudov 80 nəfərin klinikada müalicə olunduğunu daha sonra evə yazıldığını bildirdi. Şöbə müdirinin sözlərinə görə vətəndaşların dərmandan zəhərlənməsinə səbəb onun orqanizmdə allergik və əlavə təsirlər yaratmasıdır. Buna uyğunlaşmayan orqanizm zəhərlənməyə qarşı müqavimət göstərə bilmir. Şöbəyə müraciətlər təkcə dərmanlardan olmayıb.

Azər Maqsudov zəhərlənmə halları müşahidə olunarkən vətəndaşlara ilkin tibbi yardımın göstərilməsini zəruri hesab edir./ans/
1595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17</