Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2016

“Günəşli” faciəsindən 40 gün keçdi - Məsuliyyətə cəlb olan yoxdur

Hələ də heç kim məsuliyyətə cəlb olunmayıb

Ötən il ölkəmiz üçün ağır il oldu. Binəqədidəki yanğın nəticəsində 15 nəfər həlak oldu, xeyli sayda əsgərimiz şəhid oldu, sosial-iqtisadi vəziyyət pisləşdi və s. Ötən ilin sonlarında isə daha ağır bir faciə ilə üzləşdik. “Günəşli” yatağında yanğın baş verdi və 32 neftçi faciəli şəkildə həlak oldu. Hələ də həlak olanların əksəriyyətinin cəsədi tapılmayıb.

Təbii ki, hökumət baş verənləri təbii fəlakət kimi təqdim etməyə çalışdı. Amma ortaya çıxan faktlar göstərdi ki, insanların həlak olması səhlənkarlığın, acgözlüyün, məsuliyyətsilziyin nəticəsində baş verib. Cəmiyyətin də bu faciəyə münasibəti göstərdi ki, hökumətin təbliğatı alınmadı. Ona görə baş verənlərlə bağlı cinayət işi açıldı və günahkarların məsuliyyətə cəlb olunacağı bildirildi. Artıq “Günəşli” faciəsindən 40 gün ötür. Bakıda Dənizkənarı Milli Parkda həlak olanların 40 mərasimi ilə bağlı anım aksiyası keçirildi. Iştirakçılar sahilə qərənfillər düzüb, həlak olan, itkin düşən neftçilərin xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Amma bugünə qədər heç kim məsuliyyətə cəlb olunmayıb, neftçilərin ailələrinə kompensasiya verməklə işlərini bitmiş hesab edirlər. Əgər sadə vətəndaşlar anım mərasimləri keçirməsə, hökumət ümumiyyətlə bu hadisəni yada salmaz. Necə ki, faciədən bir neçə gün sonra Dənizkənarı Parkda atəşfəşanlıq keçirdilər.

Bəli, Binəqədidəki yanğını unutdurub, günahkarları cəzasız qoyduqları kimi, “Günəşli” faciəsini də unutdurmaq istəyirlər. Hadisənin üstündən 40 gün keçib, niyə heç kim məsuliyyətə cəlb olunmayıb? Həmin neftçilərin çıxardığı neft hesabına milyarderə çevrilənlər, niyə bu insanların taleyinə biganə qalıb?

Hər bir sahənin məsul şəxsləri, rəhbərliyi, cavabdehi var. Amma bu faciəyə görə heç kimi məsuliyyət daşımaq istəmir. O zaman bu cinayət işi niyə açılırdı?

Belə çıxır ki, bütün bunlar gözdən pərdə asmaq, insanların qəzəbini yumşaltmaq üçün imiş. Bir müddətdən sonra cinayət işinə xitam veriləcək, ya da hansısa bədbəxt neftçini günahkar kimi həbs edəcəklər.

Bəli, 32 insanın ölümü ilə nəticələnən hadisənin üstündən 40 gün keçib, cəsədlər tapılmayıb, günahkarlar cəzalandırılmayıb. Sanki, belə də olmalıymış və bu insanların heç bir dəyəri yox imiş.

Quruda və suda can alanlar hələ də iş başındadır. Nə qədər ki, bu adamlar iş başındadır çox günəşlər sönəcək. Allah həlak olmuş neftçilərimizə rəhmət eləsin!/azadlıq/
1034 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06
Koreya pr