Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2016

ABŞ kəşfiyyat şefinin hesabı dağıdıldı

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapperin şəxsi elektron poçtu hakerlər tərəfindən ələ keçirilib.

Kəşfiyyat idarəsindən verilən məlumata görə, hakerlər direktorun fərdi elektron poçtu, ev telefonu xətti və internet hesabına daxil olub.

Araşdırmalar nəticəsində Klapperin hesabının ötən ilin sonunda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ouen Brennanın hesablarını sındıran “Kraks Viz Attitud” (Crackas With Attitude) adlı təşkilat tərəfindən ələ keçirildiyi məlum olub.

Özünü Krak kimi təqdim edən qrup üzvü verdiyi müsahibədə Klapperin ev telefonuna gələn zəngləri Azad Fələstin Hərəkatının qurucusu Paul Larudeeyə istiqamətləndirdiyini etiraf edib./axar/
1088 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP