Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2016

YAP hakimiyyəti: “Mən oğurlayım, sən sus”

Hakimiyyət növbəti dəfə anti-xalq mahiyyətini göstərdi

İnsanları dinləməyə yox, qorxutmağa üstünlük verildi

Hər gün əhalinin vəziyyəti daha da pisləşir, gələcəyə ümüdlər azalır. Vəziyyət o həddə çatıb ki, artıq insanlar susmaq istəmir, vətəndaşlar dərdlərinə dərman axtarırlar. Amma hökumət hələ də heç bir ciddi islahat aparmır, boş-boş vədlərlə cəmiyyəti aldatmağa davam edir.

Amma milli valyutanın 100 faizdən artıq dəyər itirməsi, qiymətlərin kəskin bahalaşması insanlara növbəti ağır zərbə oldu və yanvarın 12-dən başlayaraq bölgələrdə etiraz aksiyaları keçirildi. Füzuli, Siyəzən, Ağcabədi, Lənkəran, Ağsu rayonlarında sakinlər yolları bağladı və hökumətdən izahat tələb etdilər. Yayılan fotolardan, video görüntülərdən də aydın olur ki, əhali dinc şəkildə etirazını bildirir.

Amma mövcud hakimiyyət heç vaxt baş verənlərə adekvat mövqe sərgiləməyib. Ismayıllı və Qubada da etiraz aksiyası keçirilmişdi. Amma hakimiyyət günahkarları cəzalandırmaq əvəzinə, günahsızlara cəza kəsdi. Indi də insanlar haqlı olaraq üzləşdikləri çətinlikləri dilə gətirirlər və belə yaşamaq istəmirlər. Amma bu dəfə də hökumət vəziyyətdən çıxış yolu kimi etiraz olan bölgələrə qoşun yeritməyə qərar verdi. Sanki, etiraz edənlər Ermənistan vətəndaşlarıdı və hökumət düşməni zərərsizləşdirmək istəyir. Bəli, bu dəfə də etirazları dağıtmaq üçün rezin güllələrdən istifadə olundu, Xüsusi Təyiantlılar səfərbər olundu, dinc sakinlər həbs edildi.

Bir daha aydın olur ki, bu hakimiyyətin xalqa aidiyyatı yoxdur. Bunlar xalqın dərdini dinləməyi yox, xalqa dəyənək vurmağı bacarırlar. Əslində normal hakimiyyət baş verənlərə dərhal münasibət bildirməli, MM-in növbədənkənar iclası keçirilməli, həmin rayonlardan seçilmiş deputatlar xalqın içində olmalıydı. Amma məlum olur ki, hökumət 2 gündür hansı rayona nə qədər ordu yeritmək barəsində düşünürmüş. Telekanallar isə kor olub, dünyanın qaramat ölkələrindəki partlayışlardan, hansısa ölkələrdəki etiraz aksiyalarından reportajlar hazırlayırlar. Əslində bu da hakimiyyətin mahiyyətinin göstəricisidir. Füzulidəki insanların ahını eşitməyib, Filippindəki aksiyanın təbliğatını aparırlar.

Əgər hökumət vaxtında bu qoşunu Füzuliyə yeritsəydi, bəlkə də torpaqları işğaldan azad etmişik. Göründüyü kimi hökumət silah-sursatı düşmənə atəş açmaq üçün yox, ölkə vətəndaşını susdurmaq üçün alır. Yoxsa, 22 il ərzində bir dəfə uğurlu əməliyyat keçirib, 20 qarış torpaq azad edərdilər.

Hakimiyyət başa düşməlidir ki, hansısa rayona polis yeritmək problemi həll edə bilməz. Milyonlarla insanın etirazını dəyənəklə dayandırmaq olmaz. Ailəsinə çörək apara bilməyən, borc içində üzən vətəndaş dəyənəyi də, həbsi də gözə alacaq. Əksinə, hakimiyyət vadar edəcək ki, xalq qeyri-dinc etirazlara başlasın. Göründüyü kimi ölkəni Suriyaya, Liviyaya çevirmək istəyən məhz bu hakimiyyətdir. Rayonlardakı etiraz aksiyasını Xüsusi Təyinatlılarla yox, xüsusi yanaşmayla həll etmək laızmdı. Adamların dərdini dinləmək, şikayətlərinə qulaq asmaq lazımdır. Bu gedişat hakimiyyətin başında çatlayacaq və acıqlı kütlənin qisası ağır olacaq.

Çevik Polisi küçələrə düzməkdənsə, çevik islahatlar aparılmalıdır. Vətəndaşla düşmən kimi rəftar etmək olmaz. Oğurladıqları milyardlar azmış kimi, üstəlik cəzanı da xalqa kəsirlər.

Bir sözlə, son günlər baş verən etiraz aksiyaları onu göstərdi ki, bu hakimiyyət üçün vətəndaş anlayışı yoxdur və etiraz edən hər kəs düşməndi. Eyni zamanda hakimiyyət növbəti dəfə mesaj verdi ki, bu ölkədə siyasətə qarışmayanlar da şərin qurbanı olur. Bəli, rayonlarda etiraz edən adamlar siyasətlə məşğul olmurlar, öz halal haqlarını tələb edirlər. YAP hakimiyyəti 22 ildir bu formada idarə edir. “Mən oğurlayım, sən sus” qanunu tətbiq ediblər. Xalq da bu mənzərədən dərs çıxarmalıdır. Bu faktdır ki, hakimiyyət vətəndaşın leyhinə heç bir iş görməyəcək. Qorxutmaqla daha çox oğurlamaq, böhranın zərərini vətəndaşın cibi hesabına sığortalamaq istəyirlər.

Ona görə də vətəndaş da susmamalı, haqqını tələb etməli və hakimiyyətin mənbəyi olduğunu göstərməlidir.

Samir
1884 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:32