Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2016

İcra başçısı vətəndaşı necə təhqir etdi?

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev vətəndaşı təhqir edib.

Sosial şəbəkələrdə yayılan videoda Mahmud Quliyevin olduğu deyilən səs eşidilir.

İcra başçısı ondan iş istəyən vətəndaşa "get öl" deyib, çığırır. Vətəndaşın təhqir etməməklə bağlı çağırışının ardından isə icra başçısı küçə söyüşləri ilə təhqirini davam etdirir.

Daha sonra M. Quliyevin polisi çağıraraq vətəndaşı dərhal ərazidən uzaqlaşdırıb həbs etmək barədə tapşırıq verdiyi eşidilir.

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan deputatı Astan Şahverdiyev isə modern.az-a açıqlamasında bildirib ki, icra başçısı təmkinli olmalıydı: “Bu barədə danışmaq istəmirəm. O, danışıb və indi ondan münasibət öyrənilməlidir. Əlbəttə, insanları təhqir etmək olmaz. Şəxsiyyətindən, kimliyindən asılı olmayaraq heç kimi təhqiri etmək olmaz. İnsanlarla davranışda heç olmazsa cənab Prezidentə baxıb nümunə götürməlidirlər ”.


1751 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP