Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2016

CHP-dən şok: AKP kürdlərə muxtariyyat verir

Ədalət İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyası (HDP) ölkənin prezident idarəetmə sisteminə keçirilməsi üçün birləşiblər.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu söyləyib. Onun sözlərinə görə, HDP kürdlərə muxtariyyat verilməsi üçün AKP ilə siyasi alver edir:

“HDP prezident idarəetmə sisteminə keçmək üçün mövqeyini açıq-aşkar ortaya qoymalıdır. AKP-nin HDP-dən bəzi dairələrlə bunun üçün əlaqəyə girdiyini bilirik”.

Qeyd edək ki, hazırda Türkiyədə parlamentli idarəetmə sistemindən istifadə olunur. Sonuncu seçkilərdə parlamentdə böyük üstünlük əldə edən AKP ölkədəki idarəetmə sistemini dəyişdirmək istəyir.
1121 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35