Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2016

Yanvarın 16-a Azadlıq Meydanında aksiya təyin olundu

Sosial şəbəkələrdə event yaradıldı, Facebook üzərindən insanlar yanvarın 16-sı Azadlıq Meydanına dəvət olunur

Əyalətlərdə keçirilən aksiyalardan sonra prosesin mərkəzdə də reallaşacağı müzakirə olunan məsələlərdəndir. Hələlik bu vaxta qədər heç bir müxalifət partiyası Bakıda mitinq keçirməklə bağlı qərar verməyib. Amma…

Bahalaşma əlyehinə aksiyanın Bakıda da keçirilməsi istiqamətində ilk addımlar atılmağa başlayıb. Belə ki, sosial şəbəkələrdə artıq bununla bağlı event də yaradılıb. Məlumata görə, «Eldar Bakinski» adlı istifadəçi tərəfindən yaradılmış eventdə «Bahalaşmaya yox» şüarı əsas olaraq götürülüb.

Yanvarın 16-sı saat 13:00-a Azadlıq Meydanına təyin edilmiş mitinqin təşkilatçılar bəyan ediblər ki, faktiki hökumətin səriştəsizliyi üzündən yaranmış bahalığa qarşı əyalətlərdə etirazların keçirilməsi bütün ölkəyə yayılacaq. «Bakı sakinləri bu etirazlara dəstək verməli və öz haqq səslərini ucaltmalıdırlar. Azərbaycanda demokratik cəmiyyətin formalaşmasını təmin etmək vətəndaşlıq borcumuzdur».
1582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21