Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2016

Elşən Mustafaoğlunun həbs müddəti daha 5 ay uzadıldı

Səbail Rayon Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına baxılıb


Səbail Rayon Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi təqdimata baxılıb. Bu barədə FaktXəbər-ə məlumat verən vəkil Əfqan Məmmədov bildirib ki, məhkəmənin qərarı ilə E.Mustafayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha 5 ay uzadılıb.

Qeyd edək ki, E. Mustafayev ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.
1078 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...