Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2016

Şəkidə müxalifətçilər həbs olundu

AXCP Şəki şöbəsinin fəalları Yusif Lətifov və Məmməd Balaməmmədov həbs olunublar. Azadliq.info bildirir ki, onlar axşam saatlarında məhkəmə qarşısına çıxarılıblar. Şəki Rayon Məhkəməsinin qərarı ilə Yusif Lətifova İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polisə müqavimət) ilə 20, Məmməd Balaməmmədova isə 296-cı maddə (ünvansız söyüş) ilə 10 sutka həbs cəzası verilib.

Xatırladaq ki, yanvarın 14-də AXCP GK-nin üzvü Turan İbrahim haqda Nərimanov Rayon Məhkəməsi də oxşar qərar qəbul edib. Toğrul İbrahim məhkəmə qərarı ilə 7 sutka azadlıqdan məhrum edilib.
1068 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 16:51