Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2016

Mahmud Quliyevin təhqir standartı

Cəbrayılın icra başçısı özünə necə haqq qazandırmaq istədi?

Son günlər səsli-küylü məsələlərdən biri də Cəbrayılın icra başçısı Mahmud Quliyevin vətəndaşı təhqir etməsi oldu. Bu məsələ sosial şəbəkələrdə geniş yayıldı və cəmiyyətin ciddi qınağı ilə üzləşdi. Belə ki, Mahmud Quliyev ondan iş istəyən vətəndaşa “get öl” deyib. Daha sonra vətəndaşı təhqir edib və polisə göstəriş verib ki, həmin şəxsi həbs etsinlər. Bütün bunlar isə lentə alınıb və aydın şəkildə görünür.

Amma dəhşətli olan təkcə icra başçısının qeyri-etik, mədəniyyətsiz rəftarı deyil. Mahmud Quliyev ictimai qınağa səbəb olmuş məsələyə aydınlıq gətirib və özünə bəraət qazandırmaq istəyib: “Mən ora getmişdim, amma bilmirəm ki, orda kim qışqırır, kim-kimi söyür. Orda elə bir söyüş də olmayıb. Bir dənə ”köpəkoğlu” sözü deyilib, vəssəlam. Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan?” Orda heç camaat da yığışmamışdı. Öz qohumlarımdı, ərk edib demişəm. Içib piyan olub, kafedən çıxıb yığışmışdılar”- deyə Mahmud Quliyev bildirib.

Bəli, icra başçısının özünü müdafiə üçün yapşıdığı arqumentlər daha biabırçıdı. Əgər sən haqqını tələb edən qohumlarını təhqir edirsənsə, yadlarla necə rəftar edərsən? Yaxud icra başçısının qohumları ağır vəziyyətdə yaşayırsa, kənar şəxslərin vəziyyəti necədir? Istənilən halda təhqiramiz ifadələr işlətmək icra başçısına yaraşarmı?

Icra başçısı rayonun rəhbəri deməkdir və rayon sakinlərini dinləməyə, qəbul etməyə, problemlərini həll etməyə borcludur. Vətəndaşı təhqir etməyə isə, nəinki icra başçısının, ölkə başçısının da haqqı yoxdur. Eyni zamanda bu adam cəmiyyətə nümunə olmalıdır, bu vəzifəyə layiq olduğunu təsdiq etməlidir. Amma hər dəfə belə situasiyalardan sonra məlum olur ki, hökumətin kadrları “küçə uşağı” kimi hərəkət edirlər.

Mahmud Quliyev daha sonra deyib ki, rayondakı etiraz aksiyasını Günel Mövlud təşkil edib və görüntüləri də internetə o çıxardıb. Həqiqətən də ürəkağrıdıcı mənzərədir. Millətin taleyi kimlərin əlində əsir qalıb? Icra başçısı mühacirətdə olan yazarın qeybətini eləyir. Hətta bu izahat həqiqi olsa belə, normal adam bunu dilinə gətirməyə utanar. Bəlkə Mahmud Quliyevin əvəzindən danışan da, camaatı təhqir edən də Günel Mövlud olub?

Bu da Ilham Əliyevin uğurlu kadr siyasəti. Vətəndaşa yuxarıdan aşağı baxırlar, insanlarla kobud rəftar edirlər. Bu təfəkkürlü adamlar icra başçısı ola bilirsə, ölkənin bu vəziyyətə düşməsi təbiidir. Bəli, icra başçısı vətəndaşa ölmək təklif edir, “rədd ol” deyir və bunun normal olduğunu sübut etməyə çalışır.

Amma bir reallıq da var ki, hökumətin əksər kadrı bu səviyyədədir. Guya, deputatlar, komitə sədrləri ay parçasıdır? Nümunələr çəkmək istəsək, gərək qəzetin bütün səhifələri hökumət kadrlarına həsr olunsun.

Samir
1144 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:2