Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

“Babamı bu vəziyyətə ətrafındakı məmurlar saldı”

Qəddafinin nəvəsi: “Babamı bu vəziyyətə ətrafındakı məmurlar saldı”

Dünyanın ən tanınmış tiranlarından olan və faciəvi şəkildə öldürülən Liviya diktatoru Müəmmər Qəddafinin vətəndaş müharibəsi zamanı öldürülməmiş və həbs edilməmiş qohumları hazırda Avropanın müxtəlif ölkələrində yaşayırlar. Liviyada tayfa münasibətləri hökm sürdüyündən Qəddafi nəsli hətta Avropada da bu sistemi qoruyub saxlaya biliblər. Qəddafilər nəslinə hazırda rəhbərlik edən diktatorun nəvəsi Minqıstab Səmər əl-Qəddafi bir neçə gün öncə İsveçrədə olub.

Azərbaycandan gedən siyasi mühacir, jurnalist Şəmşir Aslanoğlu məşhur diktatorun nəvəsi ilə görüşüb və mətbuat üçün danışmağı xoşlamayan Qəddafidən Avropa.info üçün eksklüziv olaraq kiçik açıqlama ala bilib.

Hələ Liviyadakı hadisələr baş verməzdən öncə, Londonda yaşadığını deyən, Minqıstab Səmər əl-Qəddafi babasından danışıb: "Mən hələ vətəndaş müharibəsindən öncə Londonda yaşayırdım. Burada biznesim var. Müharibədən öncə Liviyaya da gedib-gəlirdim. Babamla bağlı xatirələrim çoxdur. O, hər şeydən öncə bizim üçün bir baba və doğma şəxs idi. O, nəvələri üçün çox yaxşı baba idi. Müəmmər Qəddafi rəhbər kimi də gözəl rəhbər olub və Liviya xalqını çox sevirdi. Amma dünya düzəni belədir də... İnsanlar düşünürlər ki, daha uzun müddətə ölkə başçısı kimi qalmaq olmaz. Liviya xalqı fikirləşdi ki, dəyişiklik vaxtıdır. Babamın bu vəziyyətə düşməsinin səbəbkarları onun ətrafında olan və ona xəyanət edən məmurlar oldu. Babamın hakimiyyəti illərində yanında calışmış var-dövlət sahibi olmuş nazirlər, hökumət adamları onu bu günə saldı. Onun hansısa döyüşlərdə kücədə yiyəsiz, köməksiz vəziyyətdə ölməsinin hamısının baiskarı onun ətrafındakı adamlar olub".

Minqıstab Səmər əl-Qəddafinın dediyinə görə, onun hələ də öz vətəni ilə əlaqələri var: "Mən bizneslə məşğulam. Qəddafilər nəsli hələ də Liviyaya xeyir verir. Bizim vətənimizə xeyirimiz hələ də dəyir".

Qəddafinin nəvəsi olduğu səbəbindən izlənilib-izlənilməməsi məsələsinə gəldikdə isə, nəvə Qəddafi bunu bilmədiyini deyib: "Mən öncədən dediyim kimi, hələ müharibədən öncə Londonda yaşamışam. Hazırda 4 övladım var. Onlar Londonda təhsil alırlar. Biz hansısa hərbi cinayətlərdə iştirak etməmişik. Bizi niyə izləsinlər ki? Hər halda bu varsa da belə, mənim bundan xəbərim yoxdur".

Azərbaycana münasibətinə gəlincə, Minqıstab Səmər əl-Qəddafi ölkəmizi tanıdığını bildirdi: "Babamın hakimiyyəti illərində Azərbaycanla sıx əlaqələr vardı. Azərbaycanın Liviyada ciddi yatırımlarının olduğunu bilirdim. Amma indi məlumatım yoxdur. Bilmirəm yeni hökumətlə bu biznes tərəfdaşlığı davam edir, yoxsa, yox. Azərbaycandan Avstriyada mühacir həyatı yaşayan Mahir Cavadovu tanıyıram. Mən bu yaxınlarda onunla görüşmək istəyirdim. Amma Avstriya hökuməti buna icazə vermədi. Biz Mahir Cavadovu çoxdan tanıyırıq".

Qeyd edək ki, nəvə Qəddafi üçün yüksək təhlükəsizlik tədbirlərinin görülməsi də diqqətimizdən yayınmadı. O, isə bunu təbii sayır: "Bu mənim Qəddafinin nəvəsi olmağımla bağlı deyil. Mən çox sadə insanam. Ürəyim istəyən paltarı geyinir, ürəyim istəyən şəkildə həyat sürürəm. Amma mənim ciddi biznes layihələrim olduğu üçün müəyyən təhlükəsizliyə ehtiyac var. Bu Müəmmər Qəddafinin sağlığında da belə idi, indi də. İnsanları nə qədər azad xöşbəxt yaşadarsansa, o zaman qazancın az, amma dəstəyin cox güclü olar".
1444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber