Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2016

Sovestki sakini fəryad qoparır: "Evimi partlatdılar" - FOTO

Sizcə oğrudan oğruya şikayət olar?!

Bakıda plana düşən evi sahibinin başına uçurublar. ''Sovetski'' ərazisində sökülən evindən çıxmaq istəməyən sakinin evində güclü partlayış olub, sahibi ağır xəsarət alıb. 

Ayxan Buludun Mirzəğa Əliyev küçəsində yaşadığı ərazi plana düşüb. Evinin sahəsinə uyğun olaraq ödəniş edilmədiyindən ev sahibi buna etiraz edir. Yanvarın 13-də A.Bulud evinə daxil olan zaman partlayış baş verib. O, ağır yanıq xəsarətləri alıb. 

Zərərçəkmiş başına gələnlərlə bağlı ölkə başçısı İlham Əliyevə video müraciət edib. Müraciətində də bildirir ki, evi qəsdən partladıblar. Evdə olmadığından istifadə edərək qazıntı aparıblar. Qaz borusu zədələndiyindən sızıntı olub. Qaz evə dolub və partlayış baş verib. Onun sözlərinə görə, artıq ikinci dəfədir evində partlayış olur.

A.Bulud deyir ki, hadisə yerinə dövlət qurumları gəlib. Partlayışı onun günahı ucbatından baş verdiyini desələr də, FHN-in rəyi onların planını alt-üst edib. Avadanlıqla yoxlanıb və məlum olub ki, mərkəzi küçədə qaz sızıntısı var və həmin qaz evə dolub. /criminal/












1072 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:11