Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2016

Eldar Sabiroğlunun oğlu barəsində rüşvət alma maddəsi ilə cinayət işi başlanıb

''Çox güman ki, 1-2 nəfər "növbətçi" üzə duran tapıb ortaya cıxarıblar''

Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov barəsində cinayət işi başlanılıb.

Cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə başlanıb.

R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

R. Səfərov işdən azad ediləndən dərhal sonra Zərdab rayon Prokurorluğunda icra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən kompleks yoxlamalara başlanıb.

Yoxlamaların nəticəsi olaraq baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Zərdab rayon prokuroru Süleyman Süleymanov rayon prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Xəbərlə bağlı Rüfət Səfərovla əlaqə saxladıq.

O, irəli sürülən ittihamı qəbul etmədiyini və əsassız saydığını bildirdi: "Bunu siyasi bəyanatla, istefa verib xalqın tərəfinə keçməyimlə əlaqələndirirəm. Hər bir halda, həbsə, ağır işgəncələrə belə psixoloji baxımdan hazıram. Çox güman ki, 1-2 nəfər "növbətçi" üzə duran tapıb ortaya cıxarıblar. Mən xalqıma güvənərək müqəddəs yola baş qoymuşam".
872 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi