Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2016

12 saylı həbsxanada çörək üsyanı

Bu dəqiqələrdə 12 saylı cəzaçəkmə müəssisəsində üsyan başlayıb. Məlumatı “Basta” saytı həmin kalonda cəza çəkən məhbuslardan birinin qohumu ötürüb.

Məlumatda bildirilir ki, üsyana səbəb cəzaçəkmə müəssisəsindəki mağazada 180 qramlıq çörəyin qiymətinin 50 qəpiyədək bahalaşmasıdır.

Mənbə bildirir ki, narazı məhbuslar həbsxanadakı mağazanı yandırıblar. Bundan sonra həbsxanaya qoşun yeridilib.
999 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber