Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2016

Latın Amerikası ABŞ-a qarşı

ABŞ əleyhinə sərt bəyanat (1981)

33 il qabaq ABŞ-ın Mərkəzi Amerikada, xüsusilə Nikaraquada sabitliyi pozmağa yönəli siyasətləri 90 ölkə tərəfindən məhkum edildi. Tərəfsiz Dövlətlər Hərəkatının (Non-Aligned Movement) 90 ölkədən Nikaraqua paytaxtı Manaquada toplanmış nümayəndə heyəti Nikaraqunın hazırladığı ABŞ əleyhinə bəyənatı müzakirə etdi. Bəzi ölkələr, o camlədən Misir, Sinqapur, Zair bəyanatın yumşaldılmasını, hətta Amerikanın adının çəkilməməsini təklif etdilər. Bağlı qapılar arxasında müzakirələrdən sonra Nikaraquanın hazırladığı bəyanatdakı maddələrin yarıya qədəri ixtisara salındı. Xarici işlər nazirlərinin toplantısında iştirak üçün Nikaraquaya gedən İran xarici işlər naziri doktor Vilayəti öz çıxışında Amerikanın təcavüzkar siyasətlərini pislədi, İraqın İrana təcavüzünün də dünya imperializminin maraqlarına xidmət etdiyini bildirdi. Vilayət beynəlxalq sionizmin Latın Amerikası ölkələrinə yönəli çirkin siyasətlərindən danışdı.

Vilayet.nuraz.in
1128 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23