Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

İran kosmosa insan göndərməyə hazırlaşır

İranın Kosmonavtika Təşkilatının müavini, Həmid Fazeli bunun 4-5 ilə qədər olacağını deyib

Dünya İranın kosmonavtika üzrə alimləri və mütəxəssisləri meymun daşıyan “Fərqam” raketini kosmosa göndərməklə yalnız bir neçə ölkənin ixtiyarında olan faza tədqiqatlar potensialına yiyələnmiş oldular. 13 dəqiqəlik Kosmos səfərindən sağ salamat qayıdan meymun İran alimlərini yeni uğurlara həvəsləndirib. İranın kosmonavtika təşkilatı artıq Kosmosa insan göndərməyə hazırlaşırlar.

İranın Kosmonavtika Təşkilatının müavini, Həmid Fazeli bunun 4-5 ilə qədər olacağını deyib: “Bu tədqiqat raketi öncədən proqnoz edilən mərhələləri arxada qoyduqdan və lazımi sürətə və hündürlüyə çatdıqdan sonra bir daha müvəffəqiyyətlə yerə dönməyi bacardı və raketdəki canlı məxluq da sağ-salamat geri qaytarıldı. Əgər bizim elmi sınaqlarımız xüsusi bir problemlə üzləşməsə, insan kosmonavtın göndərilməsi üçün bizim cəmi 4-5 ilə ehtiyacımız var”.

İran rəsmiləri Kosmos tədqiqatlarından sülh məqsədilə istifadə edəcəklərini bəyan edirlər.

İran Kosmik Agentliyinin Elmi-Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd İbrahimi hədəflərinin sülhsevər məqsədlər olduğunu deyib: “Kosmosa bu çıxış texnologiyanın sabitləşdirilməsi, özünə inamın artırılmasına xidmət edir. Bizim hədəflərimiz tam olaraq sülhsevər məqsədlər, bəşər həyatının yüksəldilməsi və yaxşılaşdırılması istiqamətindədir”.

Bu İranın Kosmosa göndərdiyi ikinci canlıdır. İlk dəfə 2013-cü ilin əvvəlində İran içində meymun olan kosmik aparatını kosmosa yola salmışdı.
1419 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber