Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2016

Bakıda 32 yaşlı kişi bıçaqlandı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Şərifzadə küçəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Məmmədov Asəf Sabir oğlu çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

32 yaşlı Asəf Məmmədov xəsarətlərin ona kim tərəfindən yetirildiyini açıqlamayıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar və xəstəxanada yaralının yaxınlarının ifadələrini alıblar.

Asəf Məmmədova xəsarət yetirən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Araşdırmalar davam etdirilir./apa/
1025 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
16.01.17, 22:20