Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2013

Kəbəyi-Müəzzəmənin yeni örtüyü təhvil verildi

Zəvvarların Ərəfatda Vəqfəyə girməsinə az qalmış Kəbəyi-Müəzzəmənin örtüyünün dəyişdirilməsi hazırlıqlar da başlayıb, - İHA.

Qurban Bayramı ərəfəsində ənənəvi olaraq hər il reallaşdırılan mərasimlə yeni Kəbə örtüyü (Kisvə) Bəni Şeybə ailəsinə təhvil verilib.

Təxminən 5 milyon manata başa gəldiyi deyilən Kəbə örtüyü Ərəfə günü müqəddəs Kəbədəki məsullar tərəfindən Zəmzəm suyu ilə yuyulduqdan sonra müqəddəs Kəbənin üzərinə örtüləcək. Örtüyün təhvil verildiyi ailə 15 əsrdir ki, müqəddəs Kəbəyə baxılması, qapısının açılması, bağlanması və təmizlənməsi kimi vəzifələri yerinə gətirir. Kisvə 20 milyon Səudiyyə riyala (9,5 milyon TL, təqribən 5 milyon manat, - red.) başa gəlir. Qızıl işləmələrin istifadə edildiyi və tamamilə ipək olan örtükdə Qurani-Kərimdən 16 ayə əks edilir. 14 metr hündürlük və 45 metr enlikdə olan örtük cəmi 16 parçadan ibarətdir və müqəddəs Kəbəni tamamilə örtür. Müqəddəs Kəbənin üzərindəki örtük hər il dəyişdirilərkən, içindəki örtük vəziyyətindən asılı olaraq 10 ildən bir dəyişdirilir./Deyerler
1489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber