Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2013

Hündürmərtəbəli binalarda sakinlər soyuqdan donur

Bu binaların bir çoxunda qaz yoxdur, havalar soyuyandan elektrik enerjisi də kəsilir

Bakıya yağan iki günlük qar, paytaxtın qışa nə qədər hazır olduğunu sübut etdi. Məlum oldu ki, hökumət qışa hazırlıq istiqamətində heç bir addım atmayıb. Istər Bakı olsun, istərsə də bölgələrdə qar yağan kimi həyat sanki dayanır. Tıxaclar, elektik enerjisi və istiliyin verilməsində yaranan problemlər, yolların təmizlənməməsinə görə bir sıra marşrut avtobuslarının işləməməsi və s. məsələlər vəziyyətin nə qədər ciddi olduğunu göstərir.
Havalar soyuyan kimi yeni hündürmərtəbəli binaların sakinlərini də dərd bürüyür. Çünki bu binaların bir çoxunda sakinlər yaşasa da, illərdir ki, qaz verilmir. Məsələn, Bakıxanov qəsəbəsində “Akkord” tikinti şirkətinin inşa etdirdiyi 8 binada da qaz yoxdur. Bu səbəbdən ailələr evlərini elektrik enerjisilə qızdırırlar. Ən dəhşətlisi budur ki, artıq 4 gündür, sözügedən ünvana elektrik enerjisi də verilmir. Bu barədə “Azadlıq”a məlumat verən sakinlərin sözlərinə görə, 800-dən çox ailə nə edəcəyini bilmir.
Dünən axşam saatlarında Bakıxanovda sözügedən binaların sakinlərinin bir qismi küçəyə çıxaraq, yaranmış vəziyyətlə əlaqədar etirazlarını ifadə ediblər.
Analoji hal Xırdalanda da yaşanır. Burada da yeni tikilən binalarda qaz yoxdur, bu halda, mənzili qızdırmaq üçün yeganə vasitə olan elektrik enerjisi də fasilələrlə verilir.
“Soyuqdan qırılırıq. Nə qaz xətti çəkilib, nə də işıq verilir. Vəziyyət ağırdır. Halbuki, yeni tikilən binaya köçəndə camaata söz vermişdilər ki, noyabra qədər qaz çəkiləcək. Hamı da buna görə buradan ev aldı. Indi isə deyirlər ki, bütün mənzillər satılsın, sonra qaz veriləcək. Bu nə vaxta qədər davam edəcək, biz bilmirik. Bu azmış kimi, qardan sonra işıq da verilmir. Indi vəziyyətimiz lap ağırdır. Kiminin evində qocası var, kiminin də körpəsi. Qazsız, işıqsız necə yaşamaq olar? Dövlət idarələrinə zəng edirik, cavab verilmir. Problemin nə vaxt həll olunacağı barədə heç kim bir söz demək istəmir”, - deyə Xırdalanda hündürmərtəbəli binanın sakinləri çarəsiz qaldıqlarını bildirir.
Ekspertlər deyir ki, yeni tikilən binalarda mənzilləri elektriklə qızdırmaq vətəndaşlara qazdan və ya mərkəzləşdirilmiş isitmə sistemindən 5-6 dəfə baha başa gəlir: “Yeni tikilmiş binada təxminən 75-80 kvadratmetr sahəsi olan 2 otaqlı mənzili normal qızdırmaq üçün 3 ədəd qənaətcil radiator tipli elektrik qızdırıcısı lazımdır. Bu da sakinlərə ay ərzində təxminən 150-200 manata başa gəlir. Ancaq eyni tipli mənzili qənaətcil kombi tipli sistemlə qızdırmaq üçün cəmi 50-60 manat xərcləmək yetərlidir. Binanın qazanxanasından verilən istiliyə görə eyni mənzil sahəsi üçün sakinlər daha az ödəyirlər - ayda 15-20 manat. Adətən binalarda mənzilə verilən isti suya sayğac qoyulur və mənzil sahibi aldığı enerji qarşılığında pul ödəyir. Beləliklə, qazın olmamasının sakinlərə necə baha başa gəldiyi üzə çıxır”.
Xırdalan sakinlərinin yaşadıqları problemlə metronun “Əhmədli” stansiyasının yaxınlığında yeni tikilən binanın sakinləri də üzləşib. “Azadlıq”a açıqlama verən sakinlərin dediyinə görə, binaya beş gündür ki, elektrik enerjisi verilmir: “Qaz xətti çəkilməyib. Camaat evini ”pletka" ilə qızdırır. Imkanı olanlar kondisioner alıb. Ancaq işıq yoxdursa, otaqlar necə isti olsun? Dəfələrlə binanı tikən şirkətə müraciət etmişik. Deyirlər ki, bizlik deyil. Problemi vaxtında həll etmirlər. Yeni tikilən binaların əksəriyyətində belə olay yaşanır. Kimə deyək, hara müraciət edək, bilmirik. Elə ailələr var ki, evində xəstəsi yatır, soyuqdan donur"./azadlıq/
1479 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:41
Daha 3 bank d