Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2016

Ayətullah Amili: 19 Yanvar dünya azərbaycanlılarının böyük bayramıdır

Ərdəbilin imam cüməsi həzrət Ayətullah Amili bu həftənin cümə namazının xütbələrində Sovetlər Birliyinin dağılması ilə eyni zamanda azərbaycanlıların əllərində Quran tutaraq öz tarixi vətənlərinə, ata-baba torpaqlarına tərəf üz tutduqları 19 Yanvar hadisələri barədə geniş söz açıb.
İmam cümə artırıb: “Onlar İrana axışmaqla özlərinin tarixi vətənə və dini kimliyə bağlı olduqlarını nümayiş etdirdilər. Bu gün böyük Azərbaycan millətinin tarixi vətənə axışması üçün oyanış günüdür”.
Ayətullah Amili 19 Yanvarı dünya azəriləri üçün böyük bayram adlandıraraq deyib: “Dünyanın bütün azərilərinin izzəti, öz əsillərini unutmamalarındadır”.
O, çıxışının davamında Nardaran ağsaqqallarının birinin belə dediyini xatırlatdı: “Biz imam Hüseynin (ə) nidasına ləbbeyk demişik və ömrümüzün sonuna kimi bu ləbbeykə sadiq qalacağıq. Bizə qarşı təzyiq və repressiyalar nə qədər çox olsa da öz ideyamızdan dönməyəcəyik”.
İmam cümə deyib: “Arazın iki sahilində yaşayan azəriləri bir-birinə yaxınlaşdıran milliyyət, azəri olmaq, tayfaçılıq və qan qohumluğu yox, imam Hüseyn (ə) və Əhli-beytə (ə) məhəbbətdir”.
Ayətullah Amili vurğulayıb: “Dünya azəriləri ilə əlaqələr yaratmaq və onların işlərinin dəyəndirilməsi məqsədilə 19 yanvar günü mərasim keçiriləcək. Bu mərasimi təşkil etmək dini və mənəvi bir vəzifədir. 19 Yanvar günü milli bayram kimi qeyd edilməlidir. Bu gün dünya azərbaycanlılarının kimliklərinin, əsilliklərinin və köklərinin nümayiş olunduğu gündür”./qafqaz.ir/
860 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01