Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2016

Aİ-nin İrana dair qərarı qüvvəyə mindi

Avropa İttifaqı təşkilatın rəsmi dərgisində Aİ Şurasının İran üzərindən bütün iqtisadi və maliyyə sanksiyalarının götürülməsinə dair qəbul etdiyi qərarı dərc edib. “TASS”ın verdiyi xəbərə görə, bununla da Aİ-nin qəbul etdiyi qərar artıq rəsmi qüvvəyə minmiş hesab edilir.

Məlumatda qeyd olunur ki, İrana qarşı sanksiyalar yanvarın 16-dan – Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın saziş üzrə (İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Tədbirlər Planı) bütün tələbləri yerinə yetirməsi barədə hesabatın dərc olunduğu gündən ləğv edilir.

Şura xatırladır ki, Aİ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalar 2013-cü ilin noyabrında Tehran və “altılıq” arasında aparılan danışıqlar prosesi çərçivəsində qismən dayandırılıb. 2015-ci ilin iyulunda Vyanada razılaşmanın əldə olunması nəticəsində Aİ yeni Birgə Hərtərəfli Tədbirlər Planının reallaşdırılması üçün zəruri hazırlıq işlərini həyata keçirmək məqsədilə sanksiyaların dondurulması müddətini 2016-cı ilin yanvarın 14-dək uzadıb.
567 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP